Bakı metrosunda Üzeyir Hacıbəyova həsr olunmuş konsert təşkil olunacaq

14 Sentyabr 2017 21:31 (UTC+04:00)

AzNews.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, sentyabrın 18-də Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun doğum günü ilə bağlı metro stansiyalarında musiqili proqram təşkil olunacaq:

"Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-i sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub. Proqramda milli və klassik musiqi nümunələri səsləndiriləcək".

Konsert proqramı həmin gün saat 12:00-dan 13:30-dək “İçərişəhər”, 13:00-dan 14:30-dək “28 May”, 14:00-dan 15:30-dək “Elmlər Akademiyası”, 15:00-dan 16:30-dək isə “Memar Əcəmi” stansiyalarında olacaq.