Aşıq Ədalət Qazaxda dəfn ediləcək

14 Sentyabr 2017 23:18 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının sözlərinə görə, aşıq Ədalət sabah Qazaxda torpağa tapşırılacaq: “Aşığın ailəsi onu Bakıda dəfn etməyi planlaşdırırdı. Amma, dedilər sağlığında özü vəsiyyət edib ki, məni ata və anamın yanında dəfn edin. Ailəsi onun bu vəsiyyətini yerinə yetirəcək. Aşıq Ədalətin cənazəsi bu gecə saat 4-də Qazağa yola salınacaq. Onunla sabah Bakıda keçirilməsi planlaşdırılan vida mərasimi ləğv olunub”.