Aşıq Ədalətin nəşi Qazaxa yola salındı - Video

15 Sentyabr 2017 09:58 (UTC+04:00)

Bu barədə "Report"a Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Çobanov məlumat verib.

O qeyd edib ki, Aşıq Ədalətin nəşi artıq Qazaxa yola salınıb : "Dəfn mərasimi Qazaxda keçiriləcək. Biz də vida mərasimində iştirak etmək üçün hazırda Qazaxa gedirik".

Xatırladaq ki, Aşıq Ədalət uzun sürən xəstəlikdən sonra sentyabrın 14-də, 78 yaşında vəfat edib.

AzNews.az