Vasif Məhərrəmli "Əməkdar artist" adı aldı - “Prezidentimizin qarşısında baş əyirəm”

15 Sentyabr 2017 20:50 (UTC+04:00)

AzNews.az Publik.az-a istinadən xəbər verir ki, fəxri ad almağından xəbəri olmayan sənətçi məlumatı eşidib sevincini bu sözlərlə ifadə etdi: “Cənab prezidentin mübarək imzasıyla o ada layiq görülmək şərəfdir, qürurvericidir. Mənim kiçik sənətimə böyük qiymət verib “Əməkdar artist” adını verirsə, mən onun qarşısında öz adımdan, ailəm və sevənlərim adından baş əyirəm”.

Qeyd edək ki, İlham Əliyev bu gün bir sıra mədəniyyət nümayəndələrini mükafatlandırıb.