Uşaq Teatrı Bakıdan gedir: “Tamaşa oynamağa yerimiz yoxdur”

16 Sentyabr 2017 09:51 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Uşaq Teatrının direktoru İntiqam Soltan deyib. O, bildirib ki, 26 sentyabr Dünya Türk Dili günüdür:

“Biz də mövsüm açılışımızı həmin günlə əlaqədar qeyri - adi məkanda edəcəyik. Bu dəfə bizi sevənləri Şahdağın ətəyinə toplayacağıq. Tamaşa, şənlik pulsuz olacaq. Hətta balaca tamaşaçılarımız hədiyyə də qazanacaqlar.

İntiqam Soltan bayram şənliyinin Bakıdan 300 km kənarda keçirilməsinin səbəbini də açıqlayıb:

“Ona görə yox ki, iti, rəngarəng fantaziyamız var, yox, ona görə ki, Bakıda tamaşa oynamağa yerimiz yoxdur”.

Bahar RÜSTƏMLİ

AzNews.az