Zeynəb Xanlarovaya mükafat verdilər - Fotolar

19 Fevral 2013 13:37 (UTC+04:00)


Axşam.az-ın məlumatına görə, tədbiri ANS televiziyasının vitse-prezidenti, əməkdar jurnalist Mirşahin Ağayev Platin Qələm Mükafatına layiq görülən dəyərli elm və incəsənət xadimlərini və tədbir iştirakçılarını salamlayaraq açıb. Sonra mükafatı təqdim etmək üçün ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayev səhnəyə dəvət olunub. Vahid Mustafayev ilk öncə "Caran d Ache" Şirkəti və onun fəaliyyəti haqqında qısa məlumat verib və bildirib ki, məhdud saylı "Heydər Əliyev" platin qələm seriyası bir insanın böyük bölgənin ümumi mənzərəsini dəyişməsi ilə nəticələnmiş fəaliyyətinə hörmətdir:

"Heydər Əliyevin daha çox heykəltəraşlıq təsvirinə bənzəyən portreti və "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" məhşur ifadəsi məhz bu məqsədlə qələmin üzərinə yüksək sənətkarlıq və zövqlə əks etdirilib. İncəsənət əsərləri yaradanlar, dövlət və ictimai xadimlər, kolleksiyaçılar, tarixlə maraqlanan insanlar üçün nəzərdə tutulmuş bu seriya yüksək beynəlxalq standartlara cavab verən mürəkkəblə yazan qələm və mürəkkəbdən ibarətdir. Mən inanıram ki, bu qələmlə yazılan yazılar, mahnılar, atılan imzalar Azərbaycanın tarixinə fəxr gətirəcək". Vahid Mustafayev onu da qeyd edib ki, bu qələmin ikinci bir özəlliyi də ondan ibarətdir ki, qələm tarixdə yalnız bir şəxsiyyətin ünvanına- məhşur kosmonavat Yuri Qaqarinin adına hazırlanıb. İkinci dahi şəxsiyyət kimi isə Heydər Əliyevin adı qələmləşdirilib.
Çıxışından sonra Vahid Mustafayev "Azərbaycanlıyam" Platin Qələm Mükafatlarını nəmizədlərinə, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə, SSRİ Xalq rəssamı Tahir Salahova, Xalq artisti-müənni Polad Bülbüloğluna, Xalq yazıçısı Anar Rzayevə, Xalq yazıçısı Çingiz Abdullayevə, SSRİ Xalq artisti Arif Məlikova, SSRİ Xalq artisti Zeynəb Xanlarovaya, Xalq rəssamı, heykəltəraş Ömər Eldarova, SSRİ-nin fəxri neftçisi Xoşbəxt Yusifzadəyə, Xalq artisti, aktrisa Şəfiqə Məmmədovaya, tarix elmləri doktoru Fərdiə Məmmədovaya, Xalq artisti , kinorejissor Eldar Quliyevə, kibernetik alim Lüfi Zadəyə, Xalq artisti Alim Qasımov, Xalq artisti Aleksandr Şarovskiyə, Xalq artisti Habil Əliyevə, Xalq şairi dramaturq Vaqif Səmədoğluna, SSRİ Xalq artisti Fərhad Bədəlbəyliyə, əməkdar jurnalist Mais Məmmədova, SSRİ-nin Əməkdar idman ustası, futbolçu Ələkbər Məmmədova, yazıçı-publisist Elmira Axundovaya təqdim edib. Vahid Mustafayev qeyd edib ki, Platin Qələm Mükafatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya da təqdim olunub.

Tədbirin sonunda Xalq artisti Polad Bülbüloğlunun və gənc sənətçi Minanın ifasında səslənən "Azərbaycan" mahnısına çəkilən klip nümayiş olunub.

AzNews.az