Misir Mərdanov semestr imtahanlarından danışdı

19 Fevral 2013 13:50 (UTC+04:00)
"Ali təhsil müəssisələrində test üsulu ilə keçirilən semestr imtahanları təkmilləşdirilməlidir". Bu fikirləri təhsil naziri Misir Mərdanov Gəncə Dövlət Universitetinin yeni rektoru Yadigar Əliyevin təqdimatı mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq kütləvi imtahanların keçirilməsində test üsulunun əvəzi yoxdur: "Lakin bu üsul daha da təkmilləşməlidir. Semestr imtahanı test üsulu ilə keçirilirsə, tələbə dərhal nəticələrini bilməlidir. Əgər nəticənin hazırlanması bir neçə gün çəkərsə, onda o imtahanların şəffaflığı şübhə altına düşür".

AzNews.az