Misir Mərdanov TQDK-ya cavab verdi

19 Fevral 2013 14:15 (UTC+04:00)
"Onlar öz fikirlərini bildirdilər. Lazım olan yerdə kitabın müəllifləri və onları qiymətləndirən şura da öz fikrini bildirəcək".

APA-nın qərb bürosunun xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının birinci siniflərdə tədris edilən Riyaziyyat və Ana dili dərsliklərinin məqsədəuyğun olmaması barədə rəyinə münasibət bildirərkən deyib.

Misir Mərdanov bildirib ki, hərənin öz fikri var, buna baxmayaraq ictimai fikri üstündür.

Nazir, həmçinin TQDK sədri Məleykə Abbaszadənin Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının (PİSA) Azərbaycanda keçirdiyi sorğu ilə bağlı fikirlərinə də münasibət bildirib. Onun sözlərinə görə, sorğu bir neçə il öncə üç istiqamət üzrə keçirilib. Nazir təbiət fənləri və riyaziyyat üzrə Azərbaycan şagirdlərinin yüksək bilik nümayiş etdirdiklərini, lakin Ana dili üzrə müəyyən çatışmazlıqlara rast gəlindiyini deyib.

Qeyd edək ki, Məleykə Abbaszadə sorğunun 57 pillədə keçirildiyini və Azərbaycanın bu sorğuda 56-cı yer tutduğunu bildirib.

AzNews.az