Kürdlərin müstəqilliyinə daha bir təpki - "Sərhədləri bağlayacağıq"

18 Sentyabr 2017 10:46 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın Ali Təhlükəsizlik Şurasının sədri Əli Şamhani bildirib.

“Sərhədlər haqqında razılıq yalnız İraqın mərkəzi hakimiyyəti ilə qüvvədədir. Kürdüstanın isə mərkəzi hakimiyyətdən ayrılması bütün sərhəd-keçid məntəqələrinin bağlanması anlamına gələcək” - deyə Şamhani deyib.

Şamhani bildirib ki, İran yalnız vahid İraq və bu ölkənin federal rəhbərliyini tanıyır.

Qeyd edək ki, İraq Kürdüstanının hakimiyyət orqanları İraqdan ayrılmaq haqqında referendumu sentyabrın 25-nə təyin ediblər.