Asiya İnkişaf Bankının icraçı direktoru Bakıya gəlib

18 Sentyabr 2017 18:43 (UTC+04:00)

AzNews.az Fonda istinadən xəbər verir ki, müzakirələr sentyabrın 18-də ARDNF-in icraçı direktorunun müavini İsrafil Məmmədov ilə Asiya İnkişaf Bankının (AİB) İcraçı Direktoru Metyu Foksun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.

Görüşdə ARDNF-in fəaliyyəti, vəsaitlərin idarə edilməsi, investisiya siyasəti, Azərbaycanda hasilat sənayesində şəffaflığın təmin edilməsi və hesabatlılıq istiqamətində görülən işlər barədə məsələlər müzakirə edilib.

Nümayəndə heyəti Fondun muzeyi ilə tanış olub.