Nalbandyan Azərbaycan ərazilərinin qaytarılacağını bildirdi

18 Sentyabr 2017 23:54 (UTC+04:00)

AzNews.az xəbər verir ki, virtualaz.org “aysor.am” erməni hökumətyönümlü saytına istinadən bildirib ki, E.Nalbandyan ilk dəfə olaraq Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb.

“Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaratmır. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz”, - o bildirib.