“Mariya” qasırğası Dominikana çatdı

19 Sentyabr 2017 11:00 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, qasırğanın sürəti saatda 260 kilometrə çatır. Bu, 5-ci kateqoriyalı qasırğa həddi hesab olunur. Meteoroloqlar qeyd edir ki, “Mariya” qasırğası, təxminən, “İrma” qasırğasının hərəkət trayektoriyası üzrə hərəkət edir. Vəziyyətlə əlaqədar bir neçə adada fövqəladə vəziyyət elan edilib və sakinlər təxliyə olunmağa başlayıb. Eyni zamanda, Puerto Riko və Vircin adalarında da əhaliyə xəbərdarlıq edilib. Əhali təhlükə ilə əlaqədar ərzaq tədarükü görüblər.

Qasırğa adanın müxtəlif yerlərində onlarla evin damını uçurub. Baş nazir Ruzvelt Skeritin də iqamətgahı dağılıb.

Xatırladaq ki, “İrma” qasırğası 37 nəfərin ölümünə səbəb olmuşdu.

Bəxtiyar Abbasov

AzNews.az