Ərzaq məhsulları ucuzlaşacaq?

19 Sentyabr 2017 12:20 (UTC+04:00)

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, hökumət ilin sonuna inflyasiyanın sürətlənməsini gözləmir: "Bilirsiniz ki, istehlak səbətində ərzağın payı əhəmiyyətlidir. Hər hansı fundamental amil, xarici amildən, yəni inflyasiya ixracından başqa inflyasiyanın sürətlənməsinə səbəb olan daxili amil görmürük".

E.Rüstəmov əlavə edib ki, hökumətin hələ də müəyyən dərəcədə inflyasiya ilə bağlı gözləntiləri qalıb: "Bizim əsas vəzifəmiz ilin sonuna qədər bu gözləntiləri effektiv idarə etməkdir".

AzNews.az