Futbolçu boksçu oldu

19 Sentyabr 2017 13:00 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Ferdinand “twitter” səhifəsində qeyd edib ki, o, artıq məşqlərə başlayıb və bir müddət sonra peşəkar döyüşlərə çıxacaq.

Ferdinand 2 il əvvəl futbol kariyerasına son qoymuşdu. Hazırda onun 38 yaşı var.

“Boks mənim üçün yeni mübarizə meydanıdır. Ona görə boksa başladım. Bu idman sahəsində iddialıyam. Artıq qızıl kəməri qazanmaq üçün mübarizə aparacağam” – deyə Ferdinand qeyd edib.

Sabiq futbolçuya ingilis boksçu dünya çempionu Riçi Uudhold dərs verəcək.

Futbol kariyerası ərzində Ferdinand 81 matça çıxaraq 6 dəfə Premyer Liqa, bir dəfə UEFA Çempionlar Liqası kubokuna sahib olub.

Bəxtiyar Abbasov

AzNews.az