Avtomobil traktorla toqquşdu - Ölən və xəsarət alanlar var

19 Sentyabr 2017 13:32 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, sentyabrın 18-də saat 20 radələrində Saatlı rayonunun Azadkənd kəndi ərazisində kənd sakinləri Şakir Cabbarovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Salman Qasımovun idarə etdiyi “Belarus-80” markalı traktor toqquşub.

Nəticədə Ş.Cabbarov hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Saatlı RPŞ tərəfindən araşdırma aparılır.