Putin “Müharibə Oyunları”nda iştirak etdi – Video

19 Sentyabr 2017 16:10 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, dünya mediyası bu təlimləri Putinin Qərbə güc nümayişi kimi şərh edir.

Təlimlərin keçirildiyi bölgədən çəkilmiş görüntülər gerçək müharibə mənzərəsini xatırladır.

Rəsmi məlumatlara əsasən, təlimlərə 13 minə yaxın hərbçi qatılıb. Lakin NATO müşahidəçiləri bu rəqəmin daha böyük – 100 minə yaxın olduğunu ehtimal edir.

Təlimlər zamanı tanklardan, müxtəlif zirehli avtomobillərdən, iriçaplı silahlardan və raketlərdən istifadə olunub. Rusiya eyni zamanda, hərbi gəmilər vasitəsi ilə Qazaxıstanda yerləşən hədəflərə atəş açıb.

Qeyd edək ki, təlimlərin qeyri-şəffaflığı NATO ölkələrini, o cümlədən, Polşa və Baltikyanı ölkələrin dərin narahatlığına səbəb olub. Qərb ölkələri rəsmi Moskvanın niyyətini təndiq ediblər.

Bəxtiyar Abbasov

AzNews.az