“200 manatlıq əsginas buraxıla bilər”

19 Sentyabr 2017 17:49 (UTC+04:00)

Bunu "Report"a Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev deyib.

A.Quliyevin sözlərinə görə, 500 manatlıq əsginasın buraxılması ilə bağlı yayılan məlumatlar yanlışdır: "Bu, 200 manatlıq əsginas ola bilər. Amma bu barədə danışıqlar getmir".

AMB rəsmisi Azərbaycanda manat qıtlığının olması ilə bağlı məlumatlara da aydınlıq gətirib: "Tədavüldə olan pul kütləsinin 50%-i qədər həmişə Mərkəzi Bankın strateji ehtiyatı var. Tədavüldəki nağd vəsait nə qədər qurtarsa da, ehtiyatlar növbəti sifarişə qədər kifayət edir".

AzNews.az