“Sxodka”da saxlanılanların adları gizlədilir- FOTO

19 Fevral 2013 16:13 (UTC+04:00)
Dünən gecə Moskvada keçirilən əməliyyat zamanı saxlanılan 50-yə yaxın azərbaycanlı avtoritetin adları hələlik gizli saxlanılır. Rusiya mətbuatının məlumatına görə, Moskvanın şərqində və şimal-qərbində keçirilən "sxodka"lar baş tutmayıb və azərbaycanlı daha bir "qanuni oğru"nun taclandırılması prosesi yarımçıq kəsilib.

Azərbaycanlı avtoritetlərin "sxodka"sının "Kür" kafesində təşkil olunduğu da yayılan məlumatlar arasındadır. Daxili İşlər Nazirliyinə istinadən yayılan məlumata görə, Rusiya paytaxtının azərbaycanlı qonaqları polis basqını zamanı silahları tullamağa cəhd göstəriblər. Ancaq silahlar polis tərəfində alınıb və ballistik ekspertizaya göndərilib. Saxlanılanların barmaq izləri, paltarlarından nümunələr götürülüb. Beləliklə polis silahların kimə məxsus olduğunu aydınlaşdırmağa çalışacaq.

Elnarə
AzNews.az