“Yanğın zamanı heç kim xəsarət almayıb” - "Gazelli" şirkətinin hüquqşünası

19 Sentyabr 2017 19:27 (UTC+04:00)

AzNews.az istinadən xəbər verir ki, "Gazelli Group" şirkətinin hüquqşünası Murad Əliyev bildirib ki, təxminən saat 15:00 radələrində anbar yanmağa başlayıb: "Birdən-birə tüstü qalxdığını gördük. Anbarda çoxlu kağız olduğu üçün alov qısa müddətdə bütün anbar ərazisinə yayıldı. Dərhal fabrikin bütün işçiləri təxliyə olundu. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edildi. Təxminən 1,5 saat ərzində yanğın tam söndürüldü".

M. Əliyev qeyd edib ki, yanğın nəticəsində heç kim xəsarət almayıb: "Yanğının baş vermə səbəbi araşdırılır. Bu barədə ictimaiyyətə məlumat veriləcək".