İnterpol dələduzluqda təqsirləndirilən bu azərbaycanlını axtarır

19 Sentyabr 2017 19:53 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Vasif Səlimov dələduzluqda təqsirləndirilir.

1959-cu il təvəllüdlü V.Səlimov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə təqsirli bilinib və barəsində cinayət işi başlanılıb. İstintaqdan yayınan V.Səlimov barəsində məhkəmə həbs qəti imkan tədbiri seçib və onun barəsində axtarış elan olunması barədə İnterpola müraciət olunub.

İnterpol həmin qərar əsasında V.Səlimov barəsində beynəlxalq axtarış elan edib.