Göygöldə iki avtomobil toqquşub, xəsarət alan var

19 Sentyabr 2017 21:16 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, "VAZ 2106" və "VAZ 21011" markalı avtomobillərin toqquşması nəticəsində, rayon sakini 1942-ci il təvəllüdlü Mərdanov Manaf Cahangir oğlu müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.