Ağdamda ikiotaqlı ev yanıb

19 Sentyabr 2017 22:29 (UTC+04:00)

AzNews.az istinadən xəbər verir ki, hadisə rayonun Alıbəyli kəndində qeydə alınıb. Nazim Əliyevə məxsus ümumi sahəsi 63 kv2 yaşayış evi tamamilə yanıb.

Yanğın yerinə cəlb olunan yanğınsöndürənlər alovun digər tikililərə keçməsinin qarşısını alıb.

Hadisə yerində yanğının başvermə səbəbi araşdırılır.