Səfər Əbiyev Türkiyənin prezidenti və baş nazirilə görüşüb

19 Fevral 2013 16:31 (UTC+04:00)
Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin bu gün prezident Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hər iki görüş zamanı ölkələr arasında mövcud olan qardaşlıq münasibətləri barədə geniş fikir mübadiləsi aparılıb.

Daha sonra S. Əbiyevin Türkiyə müdafiə sənayesi müstəşarının müavini Faruk Özli ilə də görüşü olub.

AzNews.az