Anarın əsərinin məşqləri dayandırılıb

19 Fevral 2013 16:45 (UTC+04:00)
Bakı Bələdiyyə Teatrı Anarın "Səhra yuxuları" əsərinin məşqlərini dondurub. Bu barədə məlumatı AzNews.az-a rejissor Rövşən Almuradlı verib.

Rejissorun sözlərinə görə, məşqlərin dayandırılmasına səbəb R.Almuradlının səhhətində qəfil yaranan problemlər olub: "Xəstələnmişəm, bir aydır ki, məşqlərə ara vermişəm. O gündən bu günə kimi hələ də özümə gələ bilməmişəm. Yəqin ki, bu ayın sonlarında qaldığımız yerdən davam edəcəyik".

Bahar Rüstəmli
AzNews.az