Zəncirvari yol qəzası - Ölən var

20 Sentyabr 2017 12:39 (UTC+04:00)

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Bakı küçəsində qeydə alınıb.

Belə ki, şəhərdaxili mikroavtobusla "Mercedes" markalı minik avtomobili ilə toqquşub. İdarəetmədn çıxan "Mercedes" markalı avtomobil yolun kənarında dayanan "VAZ-21011" markalı avtomobilə arxadan çırpılıb.

Həmin vaxt öz maşınının qabağ hissəsində dayanan "VAZ-21011" markalı avtomobilin sürücüsü, Kəlbəcər rayon sakini, 1956-cı il təvəllüdlü Arif Alı oğlu Niftaliyev öz maşının altında qalaraq ağır bədən xəsarətləri alıb.

Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırlsa da orada ölüb.

Faktla bağlı araşdərmalara başlanılıb.

AzNews.az