Tramp BMT tribunasından Şimalı Koreyanı hədələdi

20 Sentyabr 2017 14:34 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Məclisinin 72-ci sessiyasında çıxışı zamanı deyib.

Pxenyanı tamamilə məhv etməklə hədələyən Tramp : “Amerika özünü və öz müttəfiqlərini müdafiə etməli olsa, onda Vaşinqtonun Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimi qalmayacaq. Kim Çen Ina gəlincə, bu raket-insan özünü və öz xalqını məhv etməyi qərara alıb. ABŞ-ın gücü də, vəsaiti də var, lakin ümid edirəm ki, buna ehtiyac olmayacaq, axı BMT elə bunun üçün lazımdır”.