“Mariya” qasırğası Puerto Rikoya çatdı

20 Sentyabr 2017 15:28 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, qasırğa artıq sahil bölgəsində bina və ofislərə zərər vurub.

Məlumata görə, küləyin sürəti 182 kilometrə çatır. Qasırğa özü isə saatda 17 kilometr sürətlə şimal-qərbə doğru hərəkət edir.

Meteoroloqlar qasırğanın 5-ci kateqoriyadan 4-cü kateqoriyaya endiyini bildiriblər.

Bəxtiyar Abbasov

AzNews.az