İlham Əliyev Meksika prezidentinə başsağlığı verdi

20 Sentyabr 2017 17:45 (UTC+04:00)

AzNews.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş dəhşətli zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.