Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

20 Sentyabr 2017 18:56 (UTC+04:00)

AzNews.az Nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Amanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı iki ölkənin Hərbi Hava Qüvvələri arasında hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.