Gədəbəydə ikimərtəbəli ev yandı

20 Sentyabr 2017 19:44 (UTC+04:00)

AzNews.az FHN-nə istinadən xəbər verir ki, 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 130 kv.m sahədə, həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 3 tonu yanıb.

Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.