Hökməlidə sürüşmə aktivləşib

20 Sentyabr 2017 19:34 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov məlumat verib.

Dəstə rəisinin sözlərinə görə, Hökməlidə yamacın kəsilməsi sürüşmə - çökmə prosesinin başlamasına təkan verib: “Yaxınlıqdakı Hökməli vulkanının yüz illər boyu püskürməsi, texnogen suların, atmosfer çöküntülərinin təsirindən vulkan külləri axıcı hala gəlib. Yamacın kəsilməsi ilə isə onun dayanıqlığı itib və sürüşmə - çökmə prosesi baş verib”.

R. Həsənov qeyd edib ki, Hökməlidə yol boyunca da çatlar əmələ gəlib: “Ərazidə qırılma qaşının hündürlüyü 60-80 sm-ə çatır. Bəzi yerlərdə isə çatların eni 50 sm-dir”.

Qeyd edək ki, ətrafda qəzalı vəziyyətə düşən evlər var.