Avroliqanın finalı Bakıda keçiriləcək

20 Sentyabr 2017 19:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, "Marca" qəzetinin yaydığı məlumata görə, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin iclasında qərar verilib.

Çempionlar Liqasının finalı isə Madriddəki "Metropolitano" stadionunda olacaq.

Qeyd edək ki, təməli 6 iyun 2011-ci ildə qoyulmuş Olimpiya Stadionunun açılış mərasimi 2015-ci il martın 6-da keçirilib. UEFA-ya göndərilmiş sifariş ərizəsində stadionun tamaşaçı tutumu 70 055 nəfər göstərilib.