Tovuzda güclü yanğın - 1 nəfər yaralandı

20 Sentyabr 2017 20:28 (UTC+04:00)

AzNews.az FHN-nə istinadən xəbər verir ki, rayonun Düz Qırıqlı kəndində 6 ton ot bağlamasının 2 tonu yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 17:33-də söndürülüb.