Ermənistan hərbi təxribatı davam etdirsə, BMT-nin xartiyasına uyğun olaraq, təcavüzkarı yenidən cəzalandıracağıq - Prezident

20 Sentyabr 2017 21:54 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışında bildirib.

Dövlətimizin başçısı deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır.