Rusiya-Azərbaycan sərhədində avtomobil körpüsü tikiləcək

20 Sentyabr 2017 23:06 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, yeni transsərhəd avtomobil körpüsü hazırda fəaliyyət göstərən körpüdən 60 metr məsafədə tikiləcək. Layihəyə əsasən, 1957-ci ildə tikilmiş körpü və ətraf infrastruktur da rekonstruksiya ediləcək.

Körpünün uzunluğu 325,3, eni 17,3 metr təşkil edəcək. Körpünün seysmik davamlılığı 9 bala bərabər olacaq.