Səudiyyə Ərəbistanı “WhatsApp” qadağasını aradan qaldırır

21 Sentyabr 2017 12:11 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, qərar bu gün axşam saatlarından etibarən qüvvəyə minəcək.

Hökumət rəsmiləri bildirib ki, qaydalara uyğun olan səsli mesajlaşma və video mesaj xidmətlərinin fəaliyyətinə tam şərait yaradılacaq.

Ekspertlər bildirib ki, neftin qiymətinin düşməsi fonunda Səudiyyə Ərəbistanı hökumətinin belə bir qərar qəbul etməsi məqsədyönlüdür. Ekspertlərin fikrincə, bu, iqtisadiyyata dəyən ziyanı kompensasiya etmək üçün alternativ gəlir mənbəyi təşkil edir.

Bəxtiyar Abbasov

AzNews.az