Hərəkət olmayan yola qadağanedici nişan qoyulub - Video

21 Sentyabr 2017 20:42 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, sakinlər bildirir ki, bir neçə ildir Rayon İcra Hakimiyyətinin qarşısından keçən yolda hərəkət yoxdur. Həmçinin, küçənin girişində və sonunda dayanma və durmanı qadağan edən nişan qoyulub. Burada avtomobil saxlayan sürücülər yol polisi tərəfindən cərimələnir.

Sakinlər bildirir ki, qadağanedici nişanlar əsasən avtomobillərin gediş-gəlişinə maneə yaranan ərazilərdə quraşdırlır. Heç bir hərəkət olmayan küçədə belə bir yol nişanının qoyulmasını doğru hesab etmirlər. Sakinlərin sözlərinə görə, ətrafda yaşayanlar avtomobili saxlamağa yer tapmır.

Məsələ ilə bağlı Bərdə rayon Dövlət Yol Polisi Bölməsindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən ərazidə həmin yol nişanı bir necə ildir ki, quraşdırılıb. Lakin nişanlarla bağlı bütün səlahiyyət "Siqnal" İdarəsinə məxsusdur. Rayon Siqnal İdarəsindən isə bildirdilər ki, şəhərdaxili bütün küçə və prsobektlərə yol nişanlarının yerləşdirilməsi İcra Hakimiyyətinin məktubu və icazəsi əsasında həyata keçirilir.