Sarkisyanın səfəri qarşıdurmaya səbəb oldu

21 Sentyabr 2017 23:18 (UTC+04:00)

AzNews.az AzVision.az-a istinadən xəbər verir ki, Sarkisyan xidməti avtomobilinə minərək ərazidən uzaqlaşmaq istəyərkən 2 qadın ona yaxınlaşmağa çalışıb.

Təhlükəsizlik xidmətinin əməkdaşları yüksək səslə qışqırmağa başlayan qadınların əllərindən tutaraq, onlara zor tətbiq ediblər.

“Canilər, cinayətkarlar. Öz evinizdə yeyib-içib yatırsınız, mən uşağımla küçədə qalmışam. Erməni xalqı, bizim yanımızda dayanın, burada rəhbərlik yoxdur, mənim evim yoxdur”- deyə etirazçı qadınlar qışqıraraq Sarkisyana səsləniblər.