Əzilmiş avtomobili necə tanımaq olar? - Sürücülərin nəzərinə (Video)

21 Sentyabr 2017 23:30 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, kimisi avtomobilə maqnit yapışdıraraq, kimisi isə əl ilə dəmiri taqqıldadaraq avtomobilin hansı detalının sonradan boyandığını yoxlayır. Amma əslində bu üsullar sürücüləri aldada bilər.

Peşəkar ustalar deyirlər ki, sonradan boyanmış detalı yaxından diqqətlə baxaraq müəyyənləşdirmək olur.

Digər əsas məsələ ilə detallar arasındakı məsafədir ki, bunu da diqqətlə yoxlamaq lazımdır. Detalın hansısa yeri əyridirsə, demək ora qəza zamanı əzilib.

Rəngsaz Vüqar Abdulov deyir ki, hətta avtomobil üzəri tozlu olduqda da insanı aldada bilər. Ona görə avtomobil alanda mütləq yuduzdurmaq lazımdır ki, əskiklikləri görmək mümkün olsun.