Gömrükdə “beşbarmaq” aşkarlandı

22 Sentyabr 2017 09:46 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən (DGK) AzNews.az-a verilən məlumata görə, Astana-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən, onun çantasının içərisindəki mallar müvafiq qanunvericiliyə uyğun olaraq yoxlanılıb.

Yoxlama nəticəsində, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.