İstanbulda təyyarə qəzaya uğradı - yanan təyyarənin görüntüləri (Foto)

22 Sentyabr 2017 09:54 (UTC+04:00)

AzNews.az CNN Türk-ə istinadən xəbər verir ki, təyyarə haval limanından qalxar-qalxmaz, təcili eniş etməli olub.

Özəl təyyarədə yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər gəlib. Xoşbəxtlikdən, xəsarət alan olmayıb. Təyyarədə 2 pilot, hostes və bir sərnişin olub. Onlar vaxtında təyyarəni tərk edə biliblər.

Təyyarə Kipr Ərcan hava limanına uçmaq üçün havaya qalxıb.