Yaponiya yenə silkələndi

20 Fevral 2013 07:23 (UTC+04:00)
Yaponiyanın Honsyu adası yaxınlığında 5.6 bal gücündə zəlzələ olub. APA-nın "RBK"ya istinadən verdiyi xəbərə görə, Yaponiya Meteoroloji Xidmətin yaydığı məlumata əsasən, yeraltı təkanlar Oxara şəhərindən 52 km şərqdə, 35 km dərinlikdə qeydə alınıb. Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.