13 yaşlı bu oğlan yoxa çıxdı

22 Sentyabr 2017 14:37 (UTC+04:00)

AzNews.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə itkin düşən Ülvinin atası Ruslan Cəfərli bildirib. O deyib ki, övladı axşam saat 19:00 radələrində müəllim yanına hazırlığa getmək üçün evdən çıxıb: "Gecə evə qayıtmadığına görə, ilk olaraq müəllimi ilə əlaqə saxladıq. O, Ülvinin hazırlığa gəlmədiyini bildirib. Hadisədən dərhal sonra polisə müraciət etdik. Hazırda axtarışlara qohum-qardaşlar da qoşulub”.


Ruslan Cəfərli övladı ilə evdə heç bir münaqişənin olmadığını da deyib: "Oğlumu görənlərdən xahiş edirəm ki, mən və yaxud polis bölməsi ilə əlaqə saxlasınlar”.


Əlaqə nömrəsi: 0503848974


Qeyd edək ki, Cəfərli Ülvü Ruslan oğlu Xırdalanda 3 nömrəli məktəbin şagirdidir.