Babasının pensiyasını almağa getdi - Maşın vurdu

22 Sentyabr 2017 17:49 (UTC+04:00)

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Masallının Qızılavar kəndində Sığdaşt kənd sakini, 2009-cu il təvəllüdlü Sərdar Xosruv oğlu Məmmədov yolu keçərkən babasının əlini buraxıb və qaçıb. Bu zaman hərəkətdə olan “VAZ-2107” markalı avtomaşın azyaşlını vurub. Dərhal azyaşlı sürücünün və yaxınlıqdakı insanların köməyi ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.

Qeyd edək ki, S. Məmmədov babası ilə Qızılavar kəndinə əmək pensiyası almaq üçün gedibmiş.

AzNews.az