Bakıda avtobus sürücüsünü döyən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

22 Sentyabr 2017 18:42 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbrə verir ki, məhkəmə prosesində qəbul olunan qərara əsasən, C.Bədəlovun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə sentyabrın 18-də axşam saatlarına metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı dayanacaqda baş verib. 135 saylı avtobusun sürücüsü Qüdrət Xanzalı oğlu Kərimov sərnişin tərəfindən döyülüb. Hadisə nəticəsində xəsarət alan sürücü 1 saylı Şəhər Kliniki Xəstəxanasında çatdırılıb. Daşıyıcı şirkət hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtobus sürücüsünü döyən şəxsin Xırdalan şəhər sakini, 27 yaşlı Cavidan Bədəlov olduğu müəyyən edilib və o tutulub.

AzNews.az