"General Motors" 2,5 milyondan çox avtomobili geri çağıracaq

22 Sentyabr 2017 22:52 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, buna təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlar səbəb olub.

Qeyd olunur ki, ilk növbədə oktyabrın 29-dan başlayaraq 14 minə yaxın “Saab” və “Opel” avtomobilləri geri çağırılacaq.

Sonra isə dekabrın 29-dan başlayaraq, bu qərar 2,5 milyondan çox “Chevrolet” və “Buick” avtomobillərinə şamil olunacaq.

AzNews.az