Xızıda 9 211 ədəd partlamamış hərbi sursat aşkarlanıb

23 Sentyabr 2017 09:26 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, sentyabrın 22-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 2 əkin sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 1 147 ədəd partlamamış hərbi sursat (PHS), 87 ədəd partlamış-yanmış mərmi qalıqları və 905 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 1 216 420 kv.m (121.64 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 27 gün ərzində 9 211 ədəd partlamamış hərbi sursat (PHS), 3 945 ədəd partlamış-yanmış sursat qalıqları və 14 010 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 39 031 588 kv.m (3 903.16 ha) ərazi yoxlanılıb.

AzNews.az