ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir

23 Sentyabr 2017 12:40 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, ATƏT PA-ya istinadən verdiyi məlumata görə, onun regiona səfər sentyabrın 24-də Azərbaycandan başlayacaq. Daha sonra o, Gürcüstan və Ermənistana səfər edəcək. Səfər sentyabrın 30-da başa çatacaq.

Səfər zamanı bolqarıstanlı parlamentar hər üç ölkədə dövlət rəsmiləri, parlament liderləri və vətəndaş cəmiyyətinin üzvləri ilə görüşəcək.

AzNews.az