Pirotexniki zavodda partlayış - 7 nəfər öldü

23 Sentyabr 2017 13:08 (UTC+04:00)

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, insident Şanli bələdiyyəsinin Pinsyan şəhəri yaxınlığında qeydə alınıb.

Yerli hökumət orqanları yoxlama nəticəsində təhlükəsizlik sistemində problemlər aşkarladığı üçün zavodda işi dayandırmaq barədə təlimat verib. Lakin elə həmin gün axşam zavodun əməkdaşları təlimatı pozaraq yenidən istehsala başlayıb və nəticədə partlayış baş verib. Hadisə zamanı zavodda neçə nəfərin olduğu barədə hələ ki, məlumat verilmir.

Hazırda hadisə yerində təcili xidmət orqanları fəaliyyət göstərir, partlayışın baş vermə səbəbləri araşdırılır.

AzNews.az