Elmar Məmmədyarov Belçika və Malayziyanın xarici işlər nazirləri ilə görüşüb

23 Sentyabr 2017 13:34 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, keçirilmiş görüşlərdə müvafiq olaraq ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olundu məmnunluq ifadə edilib.

Ölkələrimiz arasında mədəniyyət, turizm, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub və BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az